"Eurovision" fanatları ŞOUNUN İŞTİRAKÇISI OLACAQLAR
    • 8-04-2020, 17:57
    • 544

"Eurovision" fanatları ŞOUNUN İŞTİRAKÇISI OLACAQLAR

"Eurovision" təşkilatçıları müsabiqə pərəstişkarlarına "Eurovision: Avropa işıq saç" onlayn şousunda iştirak etməyi təklif edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün Conni Loqanın "What's Another Year" mahnısını videoya çəkmək lazımdır. Ən yaxşı videolar mayın 16-da şou zamanıyayımlanacaq.

Qeyd edək ki, "Eurovision" beynəlxalq musiqi yarışmasının təşkilatçıları mayın 16-da müxtəlif ölkələrin ifaçılarının iştirakı ilə onlayn konsert keçirəcək.

Müsabiqə saytında yerləşdirilən məlumata görə, orada 2020-nin nümayəndələri və əvvəlki illərin seçilmiş ifaçıları çıxış edəcəklər.