Əfqanıstanda prezident sarayında 20 NƏFƏR KORONAVİRUSA YOLUXDU
    • 11-04-2020, 14:50
    • 774

Əfqanıstanda prezident sarayında 20 NƏFƏR KORONAVİRUSA YOLUXDU

Kabildə prezident sarayının 20 işçisində koronavirus diaqnozu təsdiqlənib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 nəfərin koronavirusa yoluxmasından sonra həkimlər sarayın digər işçiləri və rəsmilərindən nümunələr götürüblər.

Koronavirus testinin Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qanidən dən götürülüb-götürülməməsi barədə məlumat verilmir.

Qeyd edək ki, Əfqanıstanda 555 koronavirusa yoluxma aşkarlanıb. 18 xəstə ölüb, 32 adam sağalıb.