Karantini pozan 38766 nəfər inzibati məsuliyyətə CƏLB EDİLDİ
    • 25-04-2020, 10:40
    • 843

Karantini pozan 38766 nəfər inzibati məsuliyyətə CƏLB EDİLDİ

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 24.04.2020-ci il saat 00:00-dan 25.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1251 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. 

Bu barədə News24.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 38766 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.