Diqqət! Bu şəxslər pandemiyadan sonra MİSİRƏ GEDƏ BİLMƏYƏCƏK
    • 5-05-2020, 13:40
    • 522

Diqqət! Bu şəxslər pandemiyadan sonra MİSİRƏ GEDƏ BİLMƏYƏCƏK

Misir turizm naziri Xalid Əl-Anani xarici turizmin ölkədə yaxın zamanlarda canlanmayacağını deyib.

News24.az RİA-ya istinadən xəbər verir ki, nazir xarici qonaqların geri qayıtmasının Misirdəki və ölkələrdəki vəziyyətdən asılı olduğunu bildirib. 

Onun sözlərinə görə, turistlər Misirə səyahət etdikdə koronavirusa yoluxmadıqlarını sübut edən sənəd təqdim etməlidirlər. Bundan əlavə, qonaqların maksimum yaşı 48 ilə məhdudlaşdırıla bilər.

Anani xatırladıb ki, iyun ayına qədər ölkənin otelləri yalnız yerli sakinlər üçün işləyəcək və maksimum yükü 25 faizdir. İyunun 1-dən etibarən isə bu rəqəm 50 faizə qədər artacaq.