Zərərçəkən oğru haqqında "film" çəkdi, AMMA OĞRU TAPILMIR- FOTO-VİDEO
    • 6-05-2020, 15:22
    • 546

Zərərçəkən oğru haqqında "film" çəkdi, AMMA OĞRU TAPILMIR- FOTO-VİDEO

Çoxmərtəbəli yaşayış binasında mənzilin qapısı qarşısından uşaq velosipedi oğurlanıb.

Övladının "Volf" markalı sürətötürücülü velosipedi oğurlanmış şəhər sakini News24.az-a xəbər verib ki, Yasamal rayonu Yeni Yasamal yaşayış massivində kriminogen durum ürəkaçan deyil, xüsusən oğurluq halları geniş yayılıb.

Polisə müraciət etdikdən sonra aydın videogörüntüsü və fotoşəkli olan oğrunun tapılacağına ümudləndirilən vətəndaş deyir ki, özüm qələm adamı olsam da və mediada çalışan dostların çoxluğuna baxmayaraq bu günə qədər oğrunun tapılacağını inamla gözlədim, məsələni ictimailəşdirmədim. Amma təəssüf ki, bir il keçsə də, müsbət nəticə yoxdur indiyə qədər.

Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Dadaş Bünyadzadə küçəsi 11e ünvanında 22 may 2019-cu il tarixdə baş verən hafisənin ilk günündən binanın təhlükəsizlik kamerasına baxdıq. Oğru hansı istiqamətdən gəlib, bloka necə daxil olub, velosipedi necə aparıb, hansı istiqamətdə gedib - hamısını diskə yazıb 29-cu polis bölməsinə ərizə ilə təqdim etdim. Bundan öncə isə hadisə haqqında Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdim - deyə bildirir zərərçəkən. Bu hadisədən sonra təkcə bizim binadan 3-4 velosiped oğurluğu olub. Hadisələrin açılmaması təbii ki, oğruları daha da həvəsləndirir.

Yeni Yasamalda isə belə hadisələrin sayı-hesabı yoxdur. Təkcə onların sosial şəbəkələr və ya media vasitəsilə yayılan xəbərlərə nəzər salmaq kifayətdir ki, bu sahədəki vəziyyətin aydın mənzərəsi yaransın. Azərbaycanın daxili işlər orqanlarının fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması deməyə əsas verir ki, bu kimi silsilə oğurluqların da kökü kəsiləcək, vətəndaşlara məxsus 500, 1000 manat və daha yüksək məbləğə olan velosipedlərin oğurluğu ilə məşğul olan cinayətkar şəbəkələrin fəaliyyətinə son qoyulacaq. Deyilənə görə belə cinayətkar şəbəkələrin özlərini toxunulmaz hiss etməsi onların sırasını genişləndirir və işlərinin "səmərəliliyini" daha da artırır.