İllərin sirri açıldı. Məmmədbağır Nazpərini sevirmiş – VİDEO
    • 26-09-2018, 12:02
    • 2 376

İllərin sirri açıldı. Məmmədbağır Nazpərini sevirmiş – VİDEO

Nanə Ağamalıyeva aparıcısı olduğu “Şou ATV” verilişində illərin sirrini açıb.

News24.az xəbər verir ki, proqramın bu dəfəki qonağı xalq artisti Nazpəri Dostəliyeva olub.

Verilişdə ifaçı ilə bağlı süjet yayımlanıb. Görüntülərdə mərhum əməkdar artist Məmmədbağır Bağırzadənin vaxtilə Nazpəri Dostəliyevaya aşiq olduğu deyilib.

Süjetdən sonra isə N.Dostəliyeva həmin xəbəri təsdiqləyib:

“Bəli, mənə çoxları deyirdi ki, Məmmədbağır Bağırzadənin yazdığı mahnılar mənə həsr olunub. Lakin mən ona hər zaman sənətkar gözü ilə baxmışam. Baxmayaraq ki, mənə qarşı sevgi və istəyi olub. Mən onun ailəsinin məclislərində iştirak etmişəm. Ümumiyyətlə isə mənə həsr olunan mahnılar çoxdur. Sadəcə bu haqda çox danışmaq istəmirəm”.

Teymur Məmmədov