-
- 9-05-2020, 01:08
- 933
Hərbiçilərin maşını partladıldı - ÖLƏNLƏR VAR
Pakistanın İranla sərhədi yaxınlığında kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində Pakistan ordusunun 6 hərbçisi ölüb.
News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin hərbi qüvvələrinin mətbuat katibi general-mayor Babar İftixar bildirib.
“Cənubi Balucistan sərhəd korpusuna məxsus maşının uzaqdan idarə olunan partlayıcı qurğu ilə partladılması nəticəsində bir zabit və 5 əsgər ölüb”, - deyə İftixar “Twitter” səhifəsində yazıb.
Pakistan Silahlı Qüvvələrinin məlumatına görə, hərbi qulluqçular İran-Pakistan sərhədindən 14 kilometrlik məsafədə dağlıq ərazilərdə terrorçuların mümkün marşrutlarını yoxlamaq məqsədilə patrul apardıqdan sonra geri qayıdırmışlar.