Bakıda dəbdəbəli hind toyu - 4 gün davam etdi
    • 26-09-2018, 13:35
    • 1 033

Bakıda dəbdəbəli hind toyu - 4 gün davam etdi

3-7 sentyabr 2018-ci il tarixlərində "Fairmont Bakı, Flame Towers" hoteli Maithili Sagar & Rohit Guptanın hind toyu mərasiminə dəvət edilmiş 400-dən çox qonağı qəbul edib. Bu barədə hotelin Marketinq Departmentindən məlumat verilib.

"Hindli cütlük öz toylarını keçirmək üçün məhz Azərbaycanı seçdilər. Müasir və yüksək keyfiyyətli məkan axtarışında olan Maithili Sagar & Rohit Gupta öz bərabərliklərini qeyd etmək üçün "Fairmont Bakı, Flame Towers"-ın əla seçim olduğunu fikirləşdilər.

 Həmçinin alov Hinduizim dinində enerji və əbədilik simvolu olduğundan, Fairmont Bakının möhtəşəm Alov qüllələrində yerləşməsi onlara özlərini evdə hiss etdirdi" — deyə məlumatda bildirilir.
Qonaqlar siyahısına toy mərasimində iştirak etmək üçün cütlüyün dünyanın dörd bir tərəfindən – Hindistandan, Kanadadan, Amerikadan və Dubaydan gələn ailə üzvləri və dostları daxil idi. 4 gün davam edən tədbirlər Hindistanın məşhur toy təşkilatı şirkəti olan "Chapter 2 Events" (C2E) tərəfindən planlaşdırılaraq təşkil olundu.                  // Sputnik.az