Göyçayda yanğın BAŞ VERİB
    • 10-05-2020, 09:05
    • 741

Göyçayda yanğın BAŞ VERİB

Göyçay rayonunun Ləkçılpaq kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. 

Fövqəladə Hallar Nazirliyindən News24.az -a verilən məlumata görə, evə bitişik talvar yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.