“EuroHome”un rəhbəri hadisə yerinə gəlməyib - SAHİBKARLARDAN ETİRAZ
    • 12-05-2020, 00:34
    • 1 038

“EuroHome”un rəhbəri hadisə yerinə gəlməyib - SAHİBKARLARDAN ETİRAZ

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb.

News24.az-ın əldə etdiyi məlumata görə, yanğın təxminən 3000 kvadratmetrlik ərazini əhatə edib. Sahibkarlar hal-hazırda obyektlərindən mallarını çıxartmağa çalışırlar. Artıq bir neçə saatdır ki, yanğın başlamasına baxmayaraq “EuroHome”un rəhbəri Azay Möhnətov hadisə yerinə hələki gəlməyib.

Sahibkarlar etiraz etməyə başlayıblar. Onlar bazar rəhbərliyinin əraziyə gəlməsini tələb edirlər.