“Mədəniyyət nazirinin müavininə hər ay 11 min pul gətirirdim”- ƏMƏLİYYAT NƏTİCƏLƏRİ -VİDEO
    • 12-05-2020, 15:46
    • 770

“Mədəniyyət nazirinin müavininə hər ay 11 min pul gətirirdim”- ƏMƏLİYYAT NƏTİCƏLƏRİ -VİDEO

“Mədəniyyət nazirinin müavini Rafiq Bayramov məni öz kabinetinə çağırdı, tapşırıq verdi ki, tabe olan bütün musiqi məktəblərinin direktor və müəllimlərindən artıq saatlara görə pul yığım.  Mən hər ay 9 min manat Rafiq Bayramova pul verirdim. Maaşlar artırılandan sonra bu məbləğ 11 min oldu”. 

News24.az Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla bağlı videosuna istinadən xəbər verir ki, bunu Şəmkir rayon regional mədəniyyət idarəsinin rəisi Höccat Əsədullayev bildirib. 

Araşdırmalar nəticəsində Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində, müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin habelə qanunsuz yolla əldə edilən digər hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Afaq Mirayiq