Britaniya Kraliçası Azərbaycan Prezidentini təbrik etdi
    • 15-05-2020, 14:55
    • 689

Britaniya Kraliçası Azərbaycan Prezidentini təbrik etdi

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

News24.az xəbər verir ki, təbrikdə deyilir:
"Bu çətin zamanda milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı və Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram".