Generalın müavini məhkəməyə ÇIXARILDI
    • 15-05-2020, 16:26
    • 771

Generalın müavini məhkəməyə ÇIXARILDI

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin müavini, general Əfqan Nağıyev və 4 vəzifəli şəxs hazırda Binəqədi rayon məhkəməsindədir.

News24.az
  xəbər verir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaqı tərəfindən onlar barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilən təqdimatlara baxılır.

Ə. Nağıyevdən başqa Sahil Mühafizə Xidmətinin Şimal, Cənub, Mərkəz regional idarələrinin və Pirallahı məntəqəsinin rəisi də saxlanılıb.
General Ə. Nağıyev özünü təqsirli bilməsə də, iki regional idarə rəisi etiraf edərək rüşvəti alaraq ona verdiklərini bildiriblər. Araşdırmanın yekununda onlara Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3-cü (mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, Ə. Nağıyev və 4 vəzifəli şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.