Adil Qeybulla baş nazirə MÜRACİƏT ETDİ
    • 17-05-2020, 10:44
    • 505

Adil Qeybulla baş nazirə MÜRACİƏT ETDİ

Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın rəhbərliyinə, AZAL rəhbərliyinə


Cənablar, bizim xeyli tələbələrimiz Avropa ölkələrində oturub Sizlərin qərarını gözləyirlər. Onların əksəriyyətinin yataqxanalarda qalma və Viza müddəti bitmək üzrədir. Həmin ölkələrdə yaşamaq xərclərini düşünürsünüzmü? Onlar yataqxanalarda ətraf aləmdən təcrid olunublar, panika içərisindədirlər. Sizləri gözləyirlər! Gözləyirlər ki, Vətən adlanan bu məmləkətə nə vaxt dönmək lütfünə sahib olacaqlar?! 

Bu qədər laqeydlik və qəddarlıq olarmı? Niyə bu gənclərimizin halına acımırsınız? Axı onlarda Sizlərin haqqında rəy formalaşır, ruh düşkünlüyü yaranır. Bizə məlum kanallarda Operativ Qərargahın constipativ məzmunlu və sedasiya fonu yaradan gündəlik məlumatlarını dinləmək əzabı yaşatmaqdansa, real işlə məşğul olun.

Neft ölkəsinin gənc övladları xaricdə didərgin yaşamamalıdır! Dövlət onlara sahib çıxmalıdır! Bu münasibətin adını nə qoyaq? Sizdən tələb olunan isə yalnız öz vəzifə borclarınıza əməl etməkdir!

Qeyd:
Yeri bəhanə etməyin. Bura gətirilən vətəndaşları sadəcə yoxlamaq, xəstə olmayanları ev karantininə göndərmək lazımdır. Bu qədər sadə... Dünyanın getdiyi yolla getmək lazımdır! 

Adil Qeybulla