-
- 21-05-2020, 11:03
- 1 550
Yevlaxda qaraçılar polisə XƏSARƏT YETİRDİ
Yevlax şəhərində karantin rejimini pozan qaraçılar polisə daşla xəsarət yetiriblər.
DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a bildirilib ki, hadisə şəhərin "Qaraçılar məhəlləsi" adlanan küçədə baş verib. Həmin məhəllədə yaşayan bir qrup sakin karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib. Bu zaman ictimai asayişi kobud şəkildə pozaraq orada olan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşına daşla xəsarət yetirilib. Hal-hazırda onun vəziyyəti qənaətbəxşdir.
Baş vermiş hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.
Məlumat üçün bildirək ki, Yevlax rayonunda son günlər ərzində COVİD-19 pandemiyasına 80 yoluxma halı qeydə alınıb ki, onlardan 53-ü “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Bu səbəbdən həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır.