Penitensiar xidmətin 40 əməkdaşı ədliyyə orqanlarından XARİC EDİLDİ
    • 23-05-2020, 18:15
    • 852

Penitensiar xidmətin 40 əməkdaşı ədliyyə orqanlarından XARİC EDİLDİ

Sui-istifadə, vətəndaşların haqlı narazılığına səbəb olan pozuntulara, o cümlədən korrupsiyaya şərait yaradan hallara görə son iki ildə Penitensiar xidmətin 470-ə yaxın əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

News24.az xəbər verir ki, bu barədə Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında əməliyyat müşavirəsində məlumat verilib. 

Qeyd dilib ki, onlardan 40 nəfəri ədliyyə orqanlarından xaric edilib və ya vəzifədən azad olunub, 2 nəfər barəsində materiallar istintaqa verilib.