Bakıda mənzildən qadın meyiti TAPILDI
    • 27-05-2020, 11:46
    • 603

Bakıda mənzildən qadın meyiti TAPILDI

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

News24.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Suslova İrina Anatolyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.