Yük avtomobilləri toqquşdu, 3 nəfər yaralandı
    • 27-05-2020, 21:11
    • 481

Yük avtomobilləri toqquşdu, 3 nəfər yaralandı

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza hadisəsi köhnə Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. 

"KamAZ" ilə "İsuzu" markalı yük avtomobilləri toqquşub. Nəticədə 3 nəfər - hər iki maşının sürücüləri və bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda yaralananların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.