İranda 12 ildən sonra parlamentlə bağlı İLK YAŞANDI
    • 28-05-2020, 09:33
    • 486

İranda 12 ildən sonra parlamentlə bağlı İLK YAŞANDI

İranda 12 ildən sonra ilk dəfə parlament rəhbəri dəyişib.

News24.az xəbər verir ki, bu barədə İRİB teleradio şirkəti məlumat yayıb. Qeyd edilib ki, İran parlamentinin yeni rəhbəri Tehranın keçmiş meri, polis və hərbi qüvvələrin keçmiş rəhbəri Məhəmməd-Bağer Halibafdır.

Qeyd edək ki, fevral ayında seçilən 11-ci Məclis ötən gün öz işinə başlayıb. M.B.Halibafa millət vəkillərinin səsverməsi iləparlamentin başçısı seçilib. 

Məlumat üçün bildirək ki, 2008-ci ildən bəri üç çağırış üçün qanunverici orqana rəhbərlik edən keçmiş başçı Əli Laricani, 2019-cu ilin sonunda deputat kürsüsü uğrunda mübarizə aparmayacağını elan edib və bu yaxınlarda universitetdə dərs vermək niyyətindənolduğunu açıqlayıb.