Valideynlər 5 aylıq körpələrini TISBAĞA QANI İLƏ ZƏHƏRLƏDİ
    • 29-05-2020, 11:27
    • 859

Valideynlər 5 aylıq körpələrini TISBAĞA QANI İLƏ ZƏHƏRLƏDİ

Dominikan Respublikasında 5 aylıq körpə valideynlərinin ona tısbağa qanı içirdikləri üçün ölüb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, valideynlər bu addımı koronavirusa qarşı profilaktik tədbirlər görmək üçün atıblar.

Körpəyə qanın içirilməsi şaman tərəfindən tövsiyə edilib. 

Nəticədə cütlük özü və 2 qızlarına tısbağa qanı içirib. Bütün ailə üzvlərr yerli xəstəxanaya aparılıb. Beş aylıq uşaq xəstəxanaya çatdırılmadan əvvəl ölüb. Qalan ailə üzvlərinin vəziyyəti isə ağır vəziyyətdədir.