Dərmanlarınızı öncədən alın - TƏBİB-DƏN XƏBƏRDARLIQ
    • 9-06-2020, 19:22
    • 519

Dərmanlarınızı öncədən alın - TƏBİB-DƏN XƏBƏRDARLIQ

"Xroniki xəstəliklərdən əziyyət çəkənlər və uşaqlar üçün dərmanlar apteklərdən indidən alına bilər".

News24.az
xəbər verir ki, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, təcili olan xəstəliklərlə bağlı isə təcili yardıma müraciət edə bilərlər:"Bu qədər xəstəliyin olmasına baxmayaraq bizim ölkədə görülən tədbirlər adekvatdır. Ümumi 4606 nəfər müalicə olunub, evə buraxıb.  Hətfələr üzrə 11-18 mayda yumşalmalar 848 nəfər yoluxma, növbəti həftə 1302 yoluxma olub. Son hətfə yoluxma sürəti heç də ürəkaçan deyil. Yoluxanların da sayı, ağırlaşan insanların sayı da, vəfat edən insanıarın sayı artıb". 

Afaq Mirayiq