İlhamə Quliyevanın ölümündən əvvəl CİNAYƏT TÖRƏTDİYİ TƏSDİQLƏNDİ - VİDEO - EKSKLÜZİV
    • 16-06-2020, 12:51
    • 4 572

İlhamə Quliyevanın ölümündən əvvəl CİNAYƏT TÖRƏTDİYİ TƏSDİQLƏNDİ - VİDEO - EKSKLÜZİV

İllərlə Azərbaycan şou məkanında hökmranlıq etmiş xalq artisti İlhamə Quliyeva öldükdən sonra onun ölüm səbəbləri və milyonluq əmlakı barədə cəmiyyətdə müxtəlif söz-söhbətlər dolaşdı. Bununla bağlı hərə bir söz danışdı, lakin hadisələrin əslində necə cərəyan etməsini çoxları bilmədi. Buna görə həmin hadisələrin birbaşa istintaqını aparmış Bakı şəhər Prokurorluğunun istintaq idarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovdan bununla bağlı News24.az-a danışmasını xahis etdik. Müşfiq Abbasov artıq həmin işə hökm çıxmasını bildirərək baş verən hadisələri danışmağın mümkün olduğunu bildirdi. 

Sözügedən cinayət işiylə bağlı maraqlı və bu zamana kimi məlum olmayan faktları məhz News24.az təqdim edir. 

“Əgər xatırlayırsınızsa, İlhamə Quliyeva mətbuat konfransı keçirərək köməkçisi Mehriban Hüseynovanın onu dərmanla zəhərləyib öldürmək istədiyini demişdi. Onun müraciəti əsasında Bakı şəhər Baş Polis idarəsində Mehriban Hüseynovaya cinayət işi başlanıldı və o, həbs olundu. Sonra cinayət işi Baş Prokurorluq tərəfindən Bakı şəhər prokurorluğuna göndərildi və orda da işin istintaqını mən apardım. İstintaqla müəyyən etdim ki, M.Hüseynova İlhamə Quliyevanın əmlakını ələ keçirmək məqsədilə saxta vasiyyətnamə hazırlamağa cəhd göstərmişdi. Lakin o, İlhamə Quliyevaya heç bir zəhərləyici dərman verməmişdi, bu barədə İlhamə Quliyevanın dedikleri öz təsdiqini tapmadı. İlhamə Quliyeva özbaşınalıq edərək öz evində “məhkəmə” qurmuş, orada Mehriban Hüseynovaya qarşı qanunsuzluq etmiş və bıçaqla sonuncunun baldırına xəsarət yetirmişdi. Sadəcə istintaq müddətində İlhamə Quliyeva öldüyünə görə həmin epizodlara tərəfimdən xitam verildi. İlhamə Quliyevanın ölmünün səbəbi ürək tutması idi, onun ölümündə hər hansı bir cinayət əməli yox idi. Bu meyitə baxış zamanı da açıq şəkildə görünürdü. Onun kürəyinin sol tərəfində ciddi göyərti və qaralmalar var idi".

M.Abbasov onu da əlavə edib ki, ölümündən 2-3 ay əvvəl Vüqar Bəkirov adlı şəxs İlhamə Quliyevanı aldadaraq guya onun evinə dinləmə cihazı qoyulduğunu bildirib əldə olunmuş səs yazılarını silmək üçün onun 30.000 manat pulunu ələ keçirmişdi: "Buna görə mən Vüqarın barəsində cinayət işi başlayaraq istintaq aidiyyəti üzrə Yasamal rayon polis idarəsinə göndərdim. İlhamənin ölümündən sonra cəmiyyətdə onun oğlu kimi tanınmış Orxan Nadirov məhkəmədə iddia qaldıraraq İlhamə tərəfindən övladlığa götürülmə faktının müəyyən edilməsini tələb etsə də, məhkəmə onun iddiasını rədd etdi və həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanıldı. Beləliklə, qanunda nəzərdə tutulmuş altı aylıq müddət keçdikdən sonra İlhamə Quliyevanın vərəsələri onun atası Məzahir Quliyevin digər arvadından olan iki ögey bacısı, bir ögey qardaşı və rəhmətə getmiş ogey qardaşının uşaqları bütün əmlakına sahib oldu. İlhamə Quliyevaya dövlət tərəfindən verilmiş xidməti bağ evi isə geri alındı". 

O da məlum odlu ki, İlhamə Quliyevanın əmlakından bir çöp belə cəmiyyətdə onun oğulluğu kimi tanınan Orxan Nadirova qalmayıb. Orxana qalan yalnız İlhamə Quliyevanın mobil telefon nömrəsi olub.