Meteohəssas insanların nəzərinə! SABAH HAVA...
    • 16-06-2020, 13:23
    • 335

Meteohəssas insanların nəzərinə! SABAH HAVA...

17 iyun tarixinə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz  29-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz  40-50 faiz təşkil edəcək.

17 iyunda Azərbaycanın rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər  dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz  20-25 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoz:
İyunun 17-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.