Azərbaycan və BƏƏ XİN başçılarının telefon danışığı BAŞ TUTDU
    • 24-06-2020, 15:45
    • 437

Azərbaycan və BƏƏ XİN başçılarının telefon danışığı BAŞ TUTDU

24 iyun 2020-ci il tarixində nazir Elmar Məmmədyarovun BƏƏ-dən olan həmkarı Şeyx Abdullah Bin Zayed Əl Nəhyan ilə telefon danışığı olub.

Daxili İlşər Nazirliyindən News24.az-a verilən məlumata görə, nazirlər ikitərəfli dostluq və əməkdaşlıq əlaqələri, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Nazirlər qlobal pandemiya ilə bağlı son vəziyyət və iki ölkə tərəfindən Covid-19 epidemiyasının təsirini yumşaltmaq üçün görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar. Tərəflər, yeni növ koronavirus ilə mübarizə üçün qarşılıqlı dəstəyin və beynəlxalq həmrəyliyin vacibliyini bir daha qeyd ediblər.

Nazir Elmar Məmmədyarov BƏƏ-nin Covid-19 ilə mübarizə üzrə Azərbaycana verdiyi yardımı yüksək qiymətləndirib.

Hər iki nazir müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi barədə razılığa gəliblər.