Rəşad Sadıqovun qohumları KORONAVİRUSA YOLUXDU
    • 27-06-2020, 13:41
    • 1 679

Rəşad Sadıqovun qohumları KORONAVİRUSA YOLUXDU

"Mənim qohumlarımdan və dostlarımdan da virusa yoluxan olub". 

News24.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov deyib.

Karyerasını başa vuran 38 yaşlı keçmiş müdafiəçi virusa inanmayan şəxsləri məsuliyyətsiz adlandırıb: "Kimsə inanmırsa, məsləhətim odur ki, sussun danışmasın. Xəstəliyə inanıram. Son 3-4 ayda atamı və anamı iki dəfə ziyarət etmişəm. Onların yanına getməkdən ehtiyat edirəm. Onları qoruyuram. Daha çox yaşlı insanlara təsir edir. Bu səbəbdən belə mövqe tutmuşam".