SON DƏQİQƏ: Nazirlik təcili yardıma həkim qəbulu elan etdi
    • 29-06-2020, 17:50
    • 637

SON DƏQİQƏ: Nazirlik təcili yardıma həkim qəbulu elan etdi

Koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

News24.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

Tələb olunan sənədlər:
Ərizə;
Şəxsiyyət vəsiqəsi;
Diplom;
İnternatura vəsiqəsi;
Sertifikat;
Əmək kitabçası.