8103 haqda bilmədikləriniz - VİDEOREPORTAJ - FOTOLAR
    • 30-06-2020, 17:39
    • 1 160

8103 haqda bilmədikləriniz - VİDEOREPORTAJ - FOTOLAR

“Asan Xidmət”in tərkibində 9108 "Çağrı Mərkəzi" fəaliyyət göstərir. Gün ərzində bura 12-14 mindən çox müraciət daxil olur. Sözügedən mərkəz səhər saat 09:00-dan axşam 21:00-dək fəaliyyət göstərir. Bununla yanaşı vətəndaşlarımızın daha asan məlumatlandırılması və çoxsaylı zənglərin idarə edilməsi məqsədi ilə 24 saat avtomatlaşdırılmış rejimdə vətəndaşların sorğularını cavablandıran sistem də quraşdırılıb. 


News24.az xəbər verir ki, sözügedən xidmət COVİD 19 pandemiyası həyatımıza ciddi təhlükə yaratdığı dövrdən, daha dəqiq desək məhz bu problem səbəbindən tətbiq edilən sərt karantin rejimində vətəndaşlarımızın sağlamlığının qorunması ilə yanaşı, həm də işinin asanlaşdırılması məqsədi ilə yaradılıb. 9108 nömrəsini yığan istənilən şəxs onu narahat edən suala cavab tapa və yaxudda qarşılaşdığı hər hansısa bir problemi yerindəcə həll edə bilərlər. 

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev "Çağrı Mərkəzi"nin fəaliyyəti haqda məlumat verib: “Sözügedən Çağrı Mərkəzi sırf icazə sistəmi ilə bağlıdır. İstər smslərin, istərsə də icaze.gov.az-la qeydiyyatdan keçməklə bağlı yaranan bütün sualları operatorlarımız cavablandırırlar. Mərkəzdə əməkdaşların sayı çox deyil. Ən çox suallar məhz sms sistemi ilə bağlı olur, amma müqayisə etsək, bu dəfəki sərtləşdirilmiş karantin rejimində  bununla bağlı müraciətlərin sayı nisbətən azalıb. Artıq vətəndaşlar bu imkandan yararlanmağa alışıblar”.

“Çağrı Mərkəzi”nin böyük mütəxəssisi Zəfər Məmmədov bildirib ki, "ASAN xidmət" mərkəzlərinin əməkdaşlarının bəziləri  inzibati ofislərindən,  digərləri isə evdən olmaqla Çağrı mərkəzinin fəaliyyətinə cəlb olunub və onlar zəruri texnoloji avadanlıqlarla təmin olunublar: "9108 "Çağrı Mərkəzi" xüsusi karantin rejimi zamanı yaradılıb. Evdən fəaliyyət göstərən bütün əməkdaşlar lazımi texnoloji avadanlıqlarla təmin olunublar. İşçilər qrup rəhbərləri ilə daimi əlaqədə olurlar. Onu da deyim ki, hazırda icazə portalında aktiv icazələrin redakte və deaktiv etmək də olur. Bununla bağlı bir çox suallar verilir. Bu işə ümumilikdə 100-dən çox operator cəlb olunub"

“9108 Çağrı Mərkəzi”nin əməkdaşı Şərqiyyə Həsənova daha çox hansı istiqamətdən zənglərin daxil olunması haqda danışıb: “Xəttimiz iki yerə ayrılıb 108 və 9108. 108 “Asan Xidmət”lə bağlı yaranan sualları cavablandırılması üçün nəzərdə tutulub 9108 “Çağrı Mərkəzi” isə icazələrlə bağlı fəaliyyət göstərir. “Asan Xidmət”ə daha çox online növbəni necə əldə etmək olar bununla bağlı suallar ünvanlanır. 9108-ə isə daha çox sms icazə ilə əlaqədar müraciətlər daxil olur. Gün ərzində hər bir operator təqribi 150 sorğuya cavab verir. Bununla yanaşı, aidiyyatı olmayan zənglər də gəlir. Onları isə lazımi yerlərə yönləndiririk". 


Xatırladaq ki, evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər. Əməkdaşlar üçün icazənin alınmasına görə dövlət və özəl təşkilatlar tərəfindən sistem üzərindən müraciət göndərilir.

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov