Ac qalan it ölən sahibinin üzünü və sinəsini yedi - FOTOLAR
    • 10-07-2018, 21:00
    • 893

Ac qalan it ölən sahibinin üzünü və sinəsini yedi - FOTOLAR

News24.az xəbər verir ki, hadisə Taylanda baş verib. Belə ki, 62 yaşlı Glenn Pattinson evində itiylə yalnız yaşayıb. O ölüb və kimsənin bundan xəbəri olmayıb. 

Qonşular evdən gələn kəskin qoxunu hiss edib polisə xəbər veriblər. Polis evin qapısını açdıqda dəhşətli görüntüylə üz-üzə qalıb. 

Günlərdir ac qalan it sahibinin üzünü və sinəsini yeyib. 

10 gün evində ölü qalan Glenn Pattinson haqqında polis açıqlama verib. Hadisəylə bağlı şübhəli kimsə yoxdur.

 
Qonşuların dediyinə görə, Glenn Pattinson 3 ildir həmin evdə yaşayırdı. Heyvanları çox sevirdi. 


Elvin Nüsrətoğlu