37 dərəcə isti olacaq- SABAHIN HAVASI
    • 4-07-2020, 13:17
    • 343

37 dərəcə isti olacaq- SABAHIN HAVASI

5 iyulda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən xəbərə görə, 5 iyulda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24,  gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.