Sabirabadda  avtomobillə ana və qızını vuraraq öldürən BAŞ HƏKİMİN OĞLU SAXLANILDI
    • 8-07-2020, 18:41
    • 484

Sabirabadda avtomobillə ana və qızını vuraraq öldürən BAŞ HƏKİMİN OĞLU SAXLANILDI

iyulun 7-də Sabirabad şəhərində 2 piyadanın ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, saat 13 radələrində sürücü Kamran Nəsirli idarə etdiyi «Mercedes Benz» markalı avtomobillə Sabirabad şəhəri Muğan prospektində hərəkətdə olarkən yolu keçən piyadalar Banı Əliyevanı və qızı Hədiyyəni  vurmuş, nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində həmin gün Cinayət Məcəlləsinin 263.3. maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.

İstintaq zamanı hadisə yerinə baxış keçirilib, şahid ifadələri alınıb və müvafiq ekspertizaları təyin edilib.

Sürücü Kamran Nəsirli cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulub, CM-nin 263.3. maddəsi ilə ona ittiham elan olunaraq müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmə tərəfindən “həbs” qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.