-
- 3-10-2018, 17:45
- 962
Vladimir Putin: "ABŞ Prezidenti neftin qiymətinə görə məsuliyyət daşıyır"
"ABŞ Prezidenti Donald Tramp neftin qiymətinə görə məsuliyyət daşıyır".
Bunu Rusiya Prezidenti Vladimir Putin "Rusiya energetika həftəsi"ndəki çıxışı zamanı deyib.
"D.Tramp, neftin bahalaşmasının səbəbini görmək istəyirsənsə, güzgüyə bax! Mən əvvəllər də bildirmişəm ki, onunla Helsinkidəki (Finlandiya) görüşümüz çox yaxşı keçib. Əgər bu gün burda müzakirə etdiyimiz məsələlə barədə ABŞ Prezidenti ilə danışsaydım, deyərdim ki, neftin qiymətinin qalxması ilə bağlı günahkar axtarmaq istəyirsənsə, güzgüyə bax. Qiymət artımına geosiyasi amillər də təsir edir. Kimlərsə siyasi alətlərin köməyi ilə rəqabətdə udmaq istəyir. Qiymətlə bağlı addımlar SSRİ dövründə olduğu kimi, yenə də yaxşıya doğru aparmayacaq", - deyə V.Putin qeyd edib.
O həmçinin əlavə edib ki, Rusiya üçün neftin 65-75 dollarlıq qiyməti qaneedicidir.