Gəncədə gizli fəaliyyət göstərən idman zalı  aşkarlandı - FOTO
    • 14-07-2020, 12:27
    • 412

Gəncədə gizli fəaliyyət göstərən idman zalı aşkarlandı - FOTO

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının  əməkdaşları tədbirləri davam etdirir.

News24.az xəbər verir ki, BPİ-nin Post Patrul Xidmətinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən idman zalı aşkarlayıb. Dərhal polis əməkdaşları tərəfindən “Fithouse”  adlı trinajor zalının fəaliyyəti dayandırılıb. Zalda məşq edən Kamran  Həsənli, İlqar  Məmmədov, Səməd Yaqubov, Vüqar Məmmədov, Elçin Kərimov, Mehrin Nəcəfov arələrində isə qanunamüvafiq tədbir görülüb.