"Google" Hindistana 10 milyard dollar sərmayə qoymağı planlaşdırır
    • 15-07-2020, 16:45
    • 505

"Google" Hindistana 10 milyard dollar sərmayə qoymağı planlaşdırır

"Google", Silikon Vadisi şirkətlərinin dünyanın ən sürətlə böyüyən internet bazarlarından birində mövqe tutması üçün yaxın illərdə Hindistana infrastruktur və kapital sərmayesi də daxil olmaqla 10 milyard dollar sərmayə yatırmağı planlaşdırdığını söyləyib.

News24.az "ft.com"a istinadən xəbər verir ki, "Google" və ana şirkət Alphabet-in baş icraçı direktoru Sundar Piçai bazar ertəsi günü Hindistanın baş naziri Narendra Modi ilə danışdıqdan sonra planı açıqlayıb.

Cənab Modi, koronavirus pandemiyası dövründə yeni iş praktikası, eləcədə onlayn təhlükəsizlik məsələrini müzakirə eddildiyi söhbəti "son dərəcə məhsuldar" olaraq xarakterizə edib:"Bu, Hindistanın gələcəyinə və rəqəmsal iqtisadiyyatımıza inamımızın təzahürüdür" deyə cənab Pichai onlayn tədbirdə bildirib. Konkret detalları açıqlanmayan və növbəti “beş-yeddi il” ərzində tətbiq ediləcəyi bildirilən vəd, Silikon Vadisinin üstünlük verdiyi biznes üsullarına mane olmaqla təzyiq edən bir ölkənin rəhbərliyini öz tərəfinə çəkmək istiqamətində ABŞ-ın böyük internet şirkətinin  son cəhdini özündə ifadə edir.

Hindistan, Amerika Birləşmiş Ştatlarına məxsus internet xidmətlərində standart hala gəlməkdə olan şifrələmə üsulundan hökümət nəzarətinin üstün olmasında təkid edərək “Big Tech” oligopoliyasının yerli gücünü məhdudlaşdırmağa çalışıb.

Yerli antiinhisar təhqiqatı ilə üzləşən Amazon-un baş icraçı direktoru Ceff Bezos bu ilin əvvəlində Hindistana səfər edərək 1 milyard dollarlıq investisiya və sonrakı beş il ərzində Hindistanın 10 milyard dollarlıq ixrac satışını dəstəkləmək vədi edib.

Google-un vədi, rəqib Facebook-un  bir sıra rəqəmsal xidmətlər başladan Hindistanın sürətlə inkişaf edən “Jio Platforms” telekommunikasiya şirkətinə 5.7 milyard dollar sərmayə yatırmasından üç ay sonra baş verib.
.
Mukeş Ambaninin neftdən pərakəndə ticarət konqlomeratı “Reliance Industries”-in tərkibinə daxil olan “Jio”, ABŞ-in chip istehsalçıları Intel və Qualcomm, habelə Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu, KKR və “Silver Lake”-in  investisiya qolları da daxil olmaqla digər 11 xarici investora paylarını satıb.

"Google" həmçinin, “Jio” və rəqib telekommunikasiya operatorları ilə sərmaye imkanlarını araşdırıb.

Son aylarda “Vodafone İdea,” “Financial Times” daha əvvəl xəbər vermişdi. "Apple" şirkəti, tədarükçüsü "Foxconn" vasitəsilə ölkədə iPhone istehsalını da artırıb.

"Google", qeyri-müəyyən sərmaye vədini "Hindistanın rəqəmsallaşdırma fondu" olaraq təsvir edərək bu investisiyanın, əlçatan internet çıxışı, Hindistan bazar ehtiyaclarına uyğun yeni məhsul yaradılması və rəqəmsal transformasiyanın sürətləndirilməsini, həmçinin səhiyyə, təhsil və kənd təsərrüfatını əhatə edəcəyini söyləyib.

1.3 milyard əhalisi olan Hindistan, son illərdə yüz milyonlarla Hindistanlının smartfonlardan istifadə etməyə və internetə çıxışa başlamasından sonra dünya miqyasında texnoloji şirkətlər üçün ən böyük imkanlardan birini təqdim edir. Şirkətin rəqəmsal ödənişlər xidməti olan “Google Pay,” 2017-ci ildə Hindistanda istifadəyə verildikdən sonra sürətlə inkişaf edib.

Google və digər ABŞ-da yerləşən investorların Hindistana artan marağı, Hindistan-Çin sərhədindəki gərginlik səbəbindən xarici sərmayənin digər böyük mənbəyi olan Cənubi Asiya ölkəsi Çindən olan sərmayəçilər üçün yolların bağlanması ilə əlaqədardır.

“Tencent” və “Alibaba” kimi Çin nəhəngləri Çinin girişimci kapital şirkətləri ilə birlikdə Hindistan texnologiyasının ən böyük sərmayeçilərindəndir.
Ancaq Hindistan aprel ayında xarici investisiya qaydalarını dəyişdirərək, bütün Çin investorları üçün hökumətin icazəsini tələbini irəli sürüb.

Ötən ay Himalay sərhəddində baş verən ağır toqquşmadan sonra gərginliyin kəskin artması hakimiyyəti “TikTok”-a məxsus “ByteDance” da daxil olmaqla 59 Çin tətbiqetməsini qadağan etməyə məcbur etdi.dib.

İndi dünyanın ikinci ən böyük mobil bazarı olan Hindistana giriş, Hindistan Çin üçün bağlandığından və keçən ay yeni təhlükəsizlik qanununun qəbul edilməsindən sonra Hong Kongda fəaliyyətinin daha böyük çətinliklə üzləşdiyi Google üçün xüsusilə vacibdir.

Hindistanın elektronika və informasiya texnologiyaları naziri Ravi Şankar Prasad dedi ki, "Google Hindistanın rəqəmsal transformasiyasına kifayət qədər böyük miqdarda investisiya qoymağa çalışaraq vəziyyətə uğurla cavab verir.” "Məmnunam ki, Google Hindistanın rəqəmsal yeniliyini və çoxlu fürsətlər yaratmaq imkanını tanıyır".