Rusiya qırıcıları Türkiyə nəzarətində olan ərazini bombaladı - Ölən və yaralılar var - VİDEO
    • 16-07-2020, 12:09
    • 846

Rusiya qırıcıları Türkiyə nəzarətində olan ərazini bombaladı - Ölən və yaralılar var - VİDEO

Rusiyanın hərbi qırıcıları Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olan Əl Bab qəsəbəsinə hava hücumu ediblər.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,  Suriyanın şimalında Firat Qalxanı əməliyyatı ilə terrorçulardan azad edilən Əl Bab qəsəbəsinin mərkəzindəki yaşayış məntəqələrinə  iki hava hücumunu həyata keçirilib. İlkin məlumatlata görə, hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Hücum dünən axşam saat 22:29 və 22:44 radələrində gerçəkləşdirilib.

Rusiya təyyarələrinin Babda uçuşlarını davam etdirdikləri bildirilib. Uşaqlar da daxil olmaqla yaralılar, bölgədəki xəstəxanalara köçürülüb.

 Mülki Müdafiə (Ağ dəbilqə) dəstələri axtarış-xilasetmə işlərini davam etdirir.