-
- 17-07-2020, 18:38
- 2 652
Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla DANIŞDI
Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığı baş tutub.
Bu barədə News24.az-a Azərbaycan XİN-dən məlumat verilib. Telefon danışığı zamanı nazir Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edərək ona fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Nazirlər möhkəm tarix və mədəni köklər üzərində qurulan ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayaraq həmkarına Ermənistan silahlı qüvvələrinin sərhəd bölgəsinin Tovuz rayonu istiqamətində hərbi təxribatı və hazırkı gərgin vəziyyət barədə məlumat verib. Yalnız işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarından çıxarılmasının və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifaha gətirə biləcəyi vurğulanıb. Bu xüsusda, nazir Ceyhun Bayramov İranın Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirilməsi ilə bağlı mövqeyinə görə təşəkkürünü ifadə edib.
İranlı nazir Məhəmməd Cavad Zərif münaqişənin həlli ilə bağlı irəliləyişin əldə edilməsi üçün yardımçı olmağa ölkəsinin hər zaman hazır olduğunu qeyd edib.