Oğurlanan 23 uşaq EYNİ EVDƏN TAPILDI
    • 25-07-2020, 11:04
    • 1 131

Oğurlanan 23 uşaq EYNİ EVDƏN TAPILDI

Meksikada polis Çiapas əyalətinin San Kristobal de las Kasas şəhərindəki bir evdə qaçırılan 23 uşağı aşkarlayıb.

News24.az "The Sun"a istinadən xəbər verir ki, polis itkin düşənlərdən uşaqlardan birini axtarışları zamanı  yaşayış məntəqəsinə basqın edib.

Ancaq evdə 15 yaşa qədər olan 20-dən çox uşağın olduğunu görüblər. Onların arasında üç aylıq üç körpə və təxminən bir yaşında üç uşaq da olub.

Ancaq axtardıqları oğlan orada olmayıb.

Bütün uşaqlar fiziki və psixoloji şiddətə məruz qalıblar. Bildirilir ki, onlar insan alveri dəstəsi tərəfindən qaçırılıb. Uşaqlar mextəlif əl işləri hazırlayıb turistlərə satmağa məcbur ediliblər.

Üç qadın dəstə üzvlüyündə şübhəli bilinərək həbs olunub.

İstintaq davam edir. İki yaşlı uşağın axtarışı hələ də davam edir.