"Taliban" 3 günlük atəşkəs elan etdi
    • 28-07-2020, 19:00
    • 622

"Taliban" 3 günlük atəşkəs elan etdi

"Taliban" radikal hərəkatı Qurban bayramı günlərində Əfqanıstanda üç günlük atəşkəs elan edib.

News24.az
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hərəkat məlumat yayıb.

Məlumatda bildirilib ki, atəşkəs əsasən insanların tətilini xoşbəxt, çox sakit və şən keçirmələri üçündür. Buna görə də "İslam Əmirliyi"nin bütün döyüşçülərinə Qurban Bayramının üç günü və gecəsi düşmənə qarşı hər hansı bir əməliyyat keçirməməsi əmri verilib.

Lakin vurğulanıb ki, Əfqan təhlükəsizlik qüvvələrinin hücuma keçəcəyi təqdirdə onlar cavab verəcəklər.