İranda koronavirusa yoluxanların sayı 300 minə yaxınlaşır
    • 29-07-2020, 14:21
    • 398

İranda koronavirusa yoluxanların sayı 300 minə yaxınlaşır

İranda koronavirus infeksiyası hallarının sayı 300 minə yaxınlaşıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari məlumat verib.

Səhiyyə Nazirliyinin nümayəndəsi qeyd edib ki, son 24 saat ərzində 2636 yeni koronavirus infeksiyası aşkarlanıb, 196 nəfər ölüb.

Onun sözlərinə görə, ölkə əyalətlərinin demək olar ki, yarısına (31-dən 15-ə) "qırmızı" status verilib, bu da ən pis epidemioloji vəziyyətdən xəbər verir.