Azərbaycanda 3 gün müddətində onlayn olaraq 1047 qurbanlıq qoyun SİFARİŞ EDİLİB
    • 31-07-2020, 17:56
    • 547

Azərbaycanda 3 gün müddətində onlayn olaraq 1047 qurbanlıq qoyun SİFARİŞ EDİLİB

"Onlayn satışın təşkilində əsas məqsəd bayramla əlaqədar istehlakçıların seçim imkanlarını artırmaq, azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını ödəmək və bazarlarda yarana biləcək süni qiymət artımının, həmçinin mövcüd karantin rejimi ilə əlaqədar yarana biləcək əhali sıxlığının qarşısının alınmasıdır".

News24.az xəbər verir ki, bu sözləri "Aqrar Tədarük və Təchizat" ASC-nin mətbuat katibi Mayis Musayev jurnalsitlərə açıqlamasında bildirib: "Vətəndaşlar qurbanlıq paylarının onlayn sifarişini www.qurbanliq.kendden.az portalı vasitəsilə həyata keçiriblər. Onlar gün ərzində istədikləri saatda sifarişləri götürmək imkanına malikdirlər. Onlayn vasitəsi ilə üç gün ərzində 856 sifariş qəbul olunub. Bundan əlavə 1047 baş qoyun satılıb".

Sevda Bayramova