Xəttə az avtobus çıxaran daşıyıcıya qarşı ən sərt tədbir görüləcək - BNA
    • 3-08-2020, 14:14
    • 456

Xəttə az avtobus çıxaran daşıyıcıya qarşı ən sərt tədbir görüləcək - BNA

Avqustun 2-də sərt karantin rejimi və sanitar-epidemioloji vəziyyətə uyğun olaraq mümkün yumşaldılmalar zamanı sərnişindaşımaların təşkili ilə bağlı daşıyıcı şirkətlərlə video-konfrans formatında müşavirə keçirilib. 

Bakı Nəqliyyat Agentliyindən (BNA) News24.az-a bildirilib ki, müşavirədə sərnişindaşımaların təşkili, görülən işlər, çatışmazlıqlar və onların həllinə dair məsələlər müzakirə olunub.

Əsas diqqət günün pik saatlarında müəyyən istiqamətlər üzrə avtobuslarda müşahidə olunan sərnişin sıxlıqlarına yönəldilib. Vurğulanıb ki, pandemiya dövründə avtobus sayının düzgün tənzimlənməsinə dair tapşırıqlar verilsə də, bəzi daşıyıcılar fəaliyyətlərində məsuliyyətsizliyə yol verirlər. Daha çox mənfəət əldə etmək üçün bəzi daşıyıcılar məqsədli şəkildə avtobusların sayını azaldıb. Nəticədə daha çox “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və “20 Yanvar” dairəsi istiqamətində ətraf kənd və qəsəbələrdən hərəkət edən avtobuslarda sərnişin sıxlığı müşahidə olunub.