Xəzərin sahilinə aparan yol, gizlənən "Qız qalası", ağ-qara Bakı - FOTOLAR
    • 4-08-2020, 18:00
    • 1 350

Xəzərin sahilinə aparan yol, gizlənən "Qız qalası", ağ-qara Bakı - FOTOLAR

Havasına, insanına, yaxşısına, pisinə vurğun olduğumuz, ondan ayrı düşəndə burnumuzun ucunun göynədiyi, həsrətini çəkdiyimiz doğmamızdır Bakı. 

Bu şəhər haqda olan şeir və mahnılar bəlkə də dünyanın heç bir güşəsinə həsr edilməyib. 

Bakı o şəhərdir ki, küləyi ilə sakinlərini, qonaqlarını sığallayır, günəşi ilə isindirir, Xəzərin dəniz qoxulu mehi ilə ürəkləri sərinlədir. 

News24.az gündən-günə müasirləşən, bununla belə öz qədimi ab-havasını saxlaya bilən Bakının Dağüstü Parkından və Dənizkənarı bulvarından olan görüntülərini təqdim edir:

Xəzərin sahilinə aparan dəmiryolu

Binaların arasında gizlənməyə çalışan "Qız qalası"

Küləklər şəhərində gün batımı


Dağüstü parkdan Xəzərə açılan mənzərə



Əbədi məşəl və Teleqüllə

Ağ-qara Bakı


Bəs, sosial məsafə?!

İşıq olan tərəfə, yoxsa...

Bayıl

Bakının simvolu olmaqda "Qız qalası"na rəqib Alov qüllələri

Bakı Bulvarı


Sən daima dalğalan ey şanlı üç rəngli BAYRAĞIMIZ...

Fotoların müəllifi: Teymur Məmmədovdur