Livandakı partlayışda səfirin xanımı da ölüb
    • 8-08-2020, 15:30
    • 740

Livandakı partlayışda səfirin xanımı da ölüb

Niderlandın Livandakı səfirinin həyat yoldaşı Hedviq Valtsman-Molier vəfat edib. 

News24.az xəbər verir ki, səfirin xanımı Beyrutdakı partlayışdan sonra həyatını itirib.

Bunu Niderlandın Xarici İşlər Nazirliyi bildirib.

Qeyd edək ki, beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 154 nəfərə çatıb. Onlardan 25 nəfərinin şəxsiyyəti müəyyənləşdirilməyib.

Partlayışa 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarda qaynaq işləri zamanı baş verən yanğının səbəb olduğu deyilir.