-
- 7-12-2018, 17:17
- 2 319
Bu gün müğənni Ümmanla duet ortağının ad günüdür - VİDEO - FOTO
Ana olduqdan sonra sənətinə fasilə verən müğənni Ümmanın bu gün ad günüdür.
Müğənni bildirib ki, ad gününü xüsusi təmtəraqla qeyd etməyi o qədər də sevmir. Amma az sayda dostlarının təkidi ilə bu gün şəninə kiçicik məclis təşkil edəcək. Məclisdə şou nümayəndələrindən çox az nəfər olacaq:
"Ancaq ən yaxın dostlarım və ailəmin əhatəsində ad günümü qeyd edəcəyik. Rəhman da (həyat yoldaşı prodüser Rəhman Əliyevi nəzərdə tutur - A.N) belə məsləhət görüb. Onsuz da şou aləmində elə də çox dostum yoxdur".
Ümman sənətindəki fasiləyə tam olaraq nə zaman son qoyacağı barədə də danışıb:
"Ana olduqdan sonra başım körpə qızıma qarışdığı üçün sənətimə də fasilə verməli oldum. İlaydanın (qızının adı - A.N) artıq 1 yaşı var və yeriyir. Ana olmaq çox gözəl duyğudur. Bu duyğunu yaşamağı bütün xanımlara arzu edirəm! Amma təbii ki, sənətimi də davam etdirməliyəm. Bəlli bir dinləyici kütləm var. Tez-tez sosial şəbəkələrdən mənə yazırlar, ifamda yeni mahnılar dinləmək istədiklərini vurğulayırlar. Həm onların istəyini nəzərə alaraq, həm də sənətimi sevdiyim üçün karyerama davam edəcəm. Bu, dəqiq nə zaman reallaşacaq, bilmirəm. Amma sevənlərimə demək istəyirəm ki, məndən yeni mahnı və kliplər gözləsinlər. Onların istək və arzuları mənim üçün qanundur"!
Ümman aranjimançı və duet ortağı Elvin Musayevin də bu gün doğum günü olduğunu qeyd edib. Qeyd edək ki, Ümmanın bu günə kimi bütün mahnılarının aranjimanını E. Musayev edib. Müğənni hətta Elvinin müəllifi olduğu bir-neçə mahnını ifa etdiyini də diqqətə çatdırıb.
Azər NƏSİBOV