Azərbaycanda daha bir həkim koronavirusa yoluxdu - VƏZİYYƏTİ ORTA-AĞIRDIR
    • 18-08-2020, 18:40
    • 988

Azərbaycanda daha bir həkim koronavirusa yoluxdu - VƏZİYYƏTİ ORTA-AĞIRDIR

Azərbaycanda daha bir həkim koronavirusa yoluxub.

News24.az-a daxil olan məlumata görə, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi, terapevt-qastroenteroloq Gülnar Ağayevanın vəziyyəti hazırda orta-ağırdır. 

Bildirilir ki, həkim bir ay müddətində, yoluxma sayının artığı son dönəmdə gərgin işləyib və nəticədə virusdan qoruna bilməyib. Hazırda Mərkəzi Gömrük xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Onu da qeyd edək ki, Gülnar Ağayevanın üç azyaşlı övladı var.