-
- 25-08-2020, 10:00
- 496
51 nəfərin öldürüldüyü məsciddəki terrora 15 AY HAZIRLIQ GÖRÜLÜB
15 mart 2019-cu ildə Yeni Zelandiya Kristçurx şəhərindəki məscidlərə atəş açan avstraliyalı Brenton Tarrant hücumlara uzun müddət hazırlaşıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Yeni Zelandiya polisi onun bu hadisəni 15 ay müddətində planlaşdırdığını bildirib.
O, bu müddət ərzində öz bacarıqlarını daha da mükəmməlləşdirmək üçün atıcılıq klublarına qatılıb.
B.Tarrant hücumdan əvvəl ailəsinə polislə necə ünsiyyət qurmaq barədə göstəriş də verib.
Xatırladaq ki, Brenton Tarrant martın 15-də Yeni Zelandiyanın Kristçurx şəhərində iki məscidə atəş açıb. Nəticədə 51 nəfər ölüb, əlli nəfər yaralanıb.