Vətəndaşlardan gömrüklə bağlı qərara ETİRAZ:
    • 26-08-2020, 18:41
    • 1 076

Vətəndaşlardan gömrüklə bağlı qərara ETİRAZ: "Hər şey kasıbların başında çatlayır" - VİDEO

Avqustun 21-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dəyişikliklər edilib. Yeni qərara əsasən xaricdən gələn malların limiti 3 dəfə azaldılıb. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb və etirazlara səbəb olub. 

News24.az məsələ ilə bağlı keçirdiyi sorğuda şəhər əhalisinin mövcud dəyişikliklə bağlı fikirlərini öyrənib. 

Ümumi qənaətə əsasən narazılığın üstünlük təşkil etdiyini qeyd etməliyik. İnsanlar məlum qərara yenidən baxılmasını arzu edərək öz narahatlıqlarını dilə gətiriblər. 

Daha ətraflı videoda:

Məhərrəm Əliyev
VİDEO: Adil Ağayev