Nardarandakı daş karxanasının direktoruna məcburi göstəriş verildi
    • 27-08-2020, 11:42
    • 606

Nardarandakı daş karxanasının direktoruna məcburi göstəriş verildi

Nardaranda fəaliyyət göstərən daş karxanasının istismarı zamanı  ətrafa tozun  və səs-küyün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan çoxsaylı şikayətlər araşdırılıb. 

News24.az xəbər verir ki, xidmətin rəis müavini Ramal Bağırov  bildirib ki, araşdırma zamanı sözügedən ərazidə “Nardaran Daş Karxanası LTD” MMC-nin fəaliyyəti zamanı ətrafa tozun  və səs-küyün yayılması faktı təsdiqini tapıb. 

“Ətrafa səs-küy və tozun yayılmasının qarşısının alınması məqsədilə müəssisənin direktoruna məcburi göstəriş verilib”.