Hikmət Hacıyev: "Distant təhsilin azyaşlılar üçün müəyyən çətinlikləri var" - EKSKLÜZİV
    • 29-08-2020, 12:33
    • 973

Hikmət Hacıyev: "Distant təhsilin azyaşlılar üçün müəyyən çətinlikləri var" - EKSKLÜZİV

"Övladlarımdan biri azyaşlıdır. Bu il 2-ci sinifə gedəcək. Valideyn kimi qeyd edim ki, distant təhsilin azyaşlılar üçün müəyyən çətinlikləri var".

Bu sözləri News24.az-a eksklüziv açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu yaşda olan uşaqlaqları nizam-intizama öyrəşdirmək, kompüter qarşısında əyləşdirməkdə müəyyən çətinliklər yaşanır:"Amma bəzi məcburiyyətlərimiz də var ki, hər bir vətəndaş buna mütləq əməl etməldiir. Tədris müəssisələri açılanda biz də bir ailə olaraq çalışacağıq ki, hibrid şəkildə 2 dəfə dərsə getməklə, 3 dəfə də virtual imkanlardan istifadə etsin". 

Məhərrəm Əliyev