Hikmət Hacıyev Ramiz Mehdiyevin nəvəsinin toyundan DANIŞDI - EKSKLÜZİV
    • 29-08-2020, 12:57
    • 1 423

Hikmət Hacıyev Ramiz Mehdiyevin nəvəsinin toyundan DANIŞDI - EKSKLÜZİV

"Qanun qarşısında hamı bərabərdir. Azərbaycan Respublikasında qanunun aliliyi təmin olunur. Qanunun aliliyinin qarantı da Azərbaycan Respublikasının Prezidentidir".

Bu sözləri News24.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin karantin rejimində nəvəsinin toy mərasiminin keçirilməsi ilə bağlı məsələyə münasibətində bildirib.