Ukraynada güllələnən azərbaycanlı tələbələr ölkədən deportasiya olundu
    • 3-09-2020, 14:30
    • 537

Ukraynada güllələnən azərbaycanlı tələbələr ölkədən deportasiya olundu

Ukraynanın paytaxtı Kiyevdə bir müddət əvvəl silahlı indidentə məruz qalan Azərbaycan vətəndaşları Nicat Kərimov və Azər Abbasov ölkədən deportasiya olunublar.

News24.az
xəbər verir ki, Kiyev şəhər Peçerskiy rayon polisi hər iki şəxsin polis tərəfindən saxlanıldıqdan sonra istintaqın rəyi əsasında barələrində məhkəmə tərəfindən Azərbaycana deport olunma qərarı verildiyini bildirib.

Deportasiya səbəb olaraq xuliqanlıq və hüquq-mühafizə orqanlarına fərqli ifadələr verməklə istintaqın gedişini yayındırmaq göstərilib.

Xatırladaq ki, iyulun 24-də gecə Kiyev şəhərində iki nəfər azərbaycanlı tələbə naməlum şəxslər tərəfindən odlu silahdandan açılan atəş nəticəsində yaralanmışdılar. Şahidlərin ilkin ifadəsinə görə, hadisəni törədən Ermənistan nömrəsi olan avtomobildə olan şəxslər olmuşdu. /Report.az/